Starmer Tramp və Zelenskiyə zəng etdi

Dünya

01.03.2025 16:48

2209

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.   

TodayPress xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 

Bildirilib ki, Ağ Evdəki qalmaqaldan sonra Starmer ABŞ və Ukrayna nümayəndələri arasında vasitəçi kimi çıxış edir.

O, həmçinin Avropa liderlərini Londonda Ukrayna ilə bağlı sammitə dəvət edib. 

Böyük Britaniya baş nazirinin mətbuat xidməti Starmerin Ukraynaya dəstək verilməsinin zəruriliyi ilə bağlı mövqeyini qoruduğunu bildirib. 

Töhfə Səməd

tag: Starmer,Tramp,Zelenski,Ukrayna,Todaypress.az,