Starmer Trampla ilk telefon danışığını reallaşdırdı

Dünya

27.01.2025 09:12

1226

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra onunla ilk telefon danışığını edib.   

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş nazirinin ofisindən verilən açıqlamaya görə, iki ölkə nümayəndələri yaxın vaxtlarda görüşəcəklərinə söz veriblər. 

Qeyd olunub ki, Amerika lideri söhbətə qardaşı Nikin ölümü ilə bağlı Starmerə başsağlığı verməklə başlayıb.

Söhbət zamanı Böyük Britaniyanın Baş naziri Trampı andiçmə mərasimi münasibətilə təbrik edib. 

Bundan əlavə, Starmer İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girov mübadiləsinin asanlaşdırılmasında Trampın rolunu qeyd edib.

Siyasətçilər həmçinin ticarət, iki dövlət arasında əməkdaşlıq və Yaxın Şərqdə birgə təhlükəsizlik işlərini müzakirə ediblər. 

Günəş Mərd

tag: Böyük Britaniya,Starmer,Tramp,Baş nazir,Todaypress.az,