"Starship"in buraxılışı təxirə salındı
"SpaceX" təkrar istifadə edilə bilən "Starship" nəqliyyat sisteminin səkkizinci buraxılışını təxirə salıb.
TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.
Sistemin işə salınması gücləndirici də aşkar edilən problemə görə gecikib. Onun həllindən sonra sistemin yuxarı pilləsində də problem aşkar edilib. Nəticədə şirkət sistemin işə salınmasını təxirə salmaq qərarına gəlib.
Bildirilib ki, “Starship” gəmisində uçuş sınağı zamanı baş verən partlayışın səbəbləri ilə bağlı araşdırma hələ başa çatmayıb.
Onun növbəti buraxılışının vaxtı barədə məlumat verilməyib.
Türkan İsgəndərli
tag: SpaceX, ABŞ ,Mask, Uçuş, todaypress.az,