"Starship"in partlaması 240 uçuşu təxirə saldı

Dünya

08.03.2025 11:45

2704

ABŞ-də “Starship” kosmik gəmisinin partlaması səbəbindən 240-a yaxın uçuşu dayandırılıb.   

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.   

Məlumata görə, insident 171 reysin gecikməsinə səbəb olub və 28 reysin istiqaməti dəyişdirilib. 

Xatırladaq ki, “Starship” kosmik gəmisinin səkkizinci buraxılışı uğursuzluqla nəticələnib. Belə ki, uçuş zamanı gəmi ilə əlaqə kəsilib. Daha sonra onun partladığı məlum olub. 

Qeyd edək ki, "SpaceX"in Aya insan göndərmək üçün hazırlanıb və yeddi sınaq buraxılışından uğurla çıxıb.   

Türkan İsgəndərli

tag: Starship, Kosmik ,Gəmi, Raket ,Partlayış,Uçuş,Todaypress.az,