Stavridis: ABŞ-nin NATO-dan ayrılması barədə düşünmək vaxtıdır
NATO-nun Avropadakı keçmiş komandanı, admiral Ceyms Stavridis, 2025-ci ilin əvvəlində ABŞ-nin NATO-da iştirakı olmadan alyansın davam etməsi ilə bağlı düşünməyin vaxtının çatdığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Stavridis, ABŞ-nin NATO-dan ayrılmasının dünya geosiyasətində böyük dəyişikliklərə səbəb olacağını vurğulayıb.
O, həmçinin son həftələrdə Vaşinqton və Avropa arasındakı ittifaqa dair bölücü ritorikanın artdığını qeyd edib.
Admiral, Amerikanın NATO-dan çıxmasının “epik ölçüdə bir səhv” olacağını etiraf etsə də, bunun ciddi tərəfdarlarının olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl, ABŞ-nin Böyük Britaniya və ya Fransa xeyrinə NATO-nun liderliyindən imtina edə biləcəyi barədə məlumatlar yayılıb. Hazırda Avropanın təhlükəsizliyi üçün məsuliyyətin ABŞ-dən Avropa dövlətlərinə keçməsi məsələsi müzakirə olunur.
Nicat Osman
tag: NATO,Stavridis,ABŞ,Avropa,Todaypress.az,