Stavridis: “Avropa Ukraynaya ABŞ-siz də yardım edə bilər”
“Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya ABŞ-nin dəstəyi olmadan da yardım göstərə bilər”.
TodayPress xəbər verir ki, bu fikri NATO-nun Avropadakı keçmiş baş komandanı Ceyms Stavridis “CNN”ə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, əgər istək olsa, Avropa ölkələri və London Ukraynaya hərbi potensialını qorumaq üçün lazım olan qədər dəstək verə bilərlər. Stavridis vurğulayıb ki, bu məsələ imkanlarla deyil, daha çox siyasi iradə ilə bağlıdır.
“Fikrimcə, bunu bacararlar. Bu, iradə məsələsidir, imkan məsələsi deyil. Avropanın ümumi ÜDM-i dünya iqtisadiyyatının 22 faizini təşkil edir və bu göstəriciyə görə ABŞ-dan (25 faiz) sonra ikinci yerdədir. Onların kifayət qədər imkanı var” deyə o bildirib.
Qiymət Mahir
tag: Ukrayna,NATO,Avropa,ABŞ,todaypress.az,