Ştaynmayer: "Almaniya Cənubi Qafqazda sabitlikdə maraqlıdır"
"Almaniya Cənubi Qafqazda sabitlikdə maraqlıdır".
TodayPress xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer İrəvanda erməni həmkarı ilə keçirdiyi brifinqdə deyib.
O, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı tərəqqi adlandırıb.
Almaniya prezidenti hesab edir ki, sülh sazişi regionda uzunmüddətli sülhə yol aça bilər.
Ştaynmayer bu məsələ barədə Bakıda da danışacağını bildirib.
Türkan İsgəndərli
tag: Almaniya,Prezidenti,Cənubi Qafqaz,Frank-Valter Ştaynmayer,Todaypress.az,