Stellantis zavodlarını bağlayır

Dünya

03.04.2025 19:22

1069

“Stellantis” transmilli korporasiyası ABŞ tariflərinin tətbiqi ilə əlaqədar Kanada və Meksikadakı bir sıra zavodlarda fəaliyyətini dayandırıb.

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Jeroen Maas məlumat verib.

Bildirilib ki, “Stellantis” ABŞ-nin bu yaxınlarda elan edilmiş tariflərinin idxal olunan avtomobillərə təsirini qiymətləndirməyə davam edir və bu siyasət dəyişiklikləri ilə bağlı ABŞ Administrasiyası ilə əlaqə saxlamağa davam edəcək.

“Etməli olduğumuz təcili tədbirlərə istehsalın müvəqqəti dayandırılması daxildir” deyə Maas bildirib.

Aysel Mətləb

tag: Stellantis,ABŞ ,Kanada,Meksika,Todaypress.az,