Stokholmda Hitlerin ad günündə bayraqlar asıldı

Dünya

21.04.2025 07:15

15

İsveçin paytaxtı Stokholmda Adolf Hitlerin doğum günü ilə eyni gün svastika təsvirli bayraqlar ictimai yerlərdə asılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb. 

Hadisə şəhərin Essingeleden magistral yolu üzərində baş verib.

Şahidlərin sözlərinə görə, tunelin boyunca iri qırmızı bayraqlar asılmış vəziyyətdə görülib. Polis hadisə barədə səhər saat 07:19-da məlumat alıb və 20 dəqiqə sonra bayraqlar yığışdırılıb.

Hazırda hüquq-mühafizə orqanları qanun pozucularının şəxsiyyətini müəyyənləşdirmək və məsuliyyətə cəlb etmək istiqamətində istintaq aparır.

Qeyd edək ki, daha əvvəl Almaniyada kansler Olaf Şoltsun Hitlerin bənzər bığları ilə təsvir olunduğu plakatlar şəhər küçələrində yayılmış və bu, ictimaiyyətin sərt reaksiyasına səbəb olmuşdu.

Qiymət Mahir

tag: Stokholm,Hitler,Bayraq,İsveç,todaypress.az,