Stubb: "Finlandiya Rusiya ilə münasibətləri bərpa etməyə hazırlaşmalıdır"
"Finlandiya Rusiya ilə münasibətləri bərpa etmək üçün psixi cəhətdən hazır olmalıdır".
TodayPress xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksander Stubb mətbuat konfransı zamanı bildirib.
"Biz nə vaxtsa siyasi müstəvidə münasibətlərin düzəlməsinə zehni olaraq hazır olmalıyıq. İndiki mərhələdə biz dəqiq vaxt deyə bilmərik. İki ölkə arasında münasibətlərin gələcək inkişafı Ukraynadakı münaqişənin sona çatmasından asılı olacaq" o bildirib.
Bundan əvvəl Finlandiya prezidenti ABŞ-dən Rusiyanı sülhə məcbur etməyi çağırıb.
Türkan İsgəndərli
tag: Alekandr Stubb,Finlandiya,Rusiya,Münasibətlər,Todaypress.az,