Stubb: “Ukrayna “dişə qədər” silahlandırılmalıdır”

Dünya

29.04.2025 18:20

9

Finlandiya prezidenti Aleksandr Stubb Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin ölkənin “dişə qədər” silahlandırılmasını nəzərdə tutmalı olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, “The New York Times”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Kiyevin özünü müdafiə edə bilməsi üçün kifayət qədər resurslara malik olması vacibdir. Stubb qeyd edib ki, Avropa bu məsələdə əsas təhlükəsizlik zəmanətini təmin etməli, ABŞ isə bu səyləri dəstəkləməlidir. Lakin prezident əlavə edib ki, bu təşəbbüslərin Avropa və ABŞ tərəfindən necə həyata keçiriləcəyi hələlik qeyri-müəyyəndir.

Qiymət Mahir

tag: Finlandiya ,Aleksandr Stubb,Ukrayna,Kiyev,todaypress.az,