Stubb: “Ukrayna ərazi kompromislərinə gedə bilər”
Finlandiya prezidenti Aleksandr Stubb Ukraynanın cəbhədəki hazırkı vəziyyəti nəzərə alaraq bəzi ərazi kompromislərinə gedə biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, “The New York Times” qəzetinə verdiyi müsahibəsində danışıb.
Stubb əlavə edib ki, Finlandiya Rusiyanın ilhaq etdiyi əraziləri tanımır və bu məsələdə mövqeyi dəyişməzdir.
“Mən ABŞ və Avropa İttifaqının (Aİ) daha əvvəl irəli sürdüyü məsələləri elə formalaşdırmağı təklif edirəm ki, indi sülh üçün bir fürsət yaransın” deyə o bildirib.
Aysel Mətləb
tag: Finlandiya ,Aleksandr Stubb,Ukrayna,todaypress.az,