Sudan Aİ-ni üzvlüyün dayandırılmasını ləğv etməyə çağırdı
Sudan Afrika İttifaqını (Aİ) ölkənin üzvlüyünün dayandırılmasına son qoymağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat Sudan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Sudanın xarici işlər naziri Əli Yusif Əhməd, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə fevralın 14-də planlaşdırılan şura iclasından əvvəl Aİ Sülh və Təhlükəsizlik Şurasına (AİSTŞ) üzv ölkələrin xarici işlər nazirlərinə yazılı məktub göndərib.
Sudanlı nazir AİSTŞ-in Aİ-nin Sudandakı vəziyyətlə bağlı qiymətləndirməsini yenidən nəzərdən keçirməyə çağıraraq, ölkənin qitə təşkilatı daxilindəki "lazımi yerinə" qayıtmasının və Afrika işlərində öz rolunu bərpa etməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Sudanın Keçid Suveren Şurasının sədri və Sudan Silahlı Qüvvələrinin komandanı Əbdülfəttah Əl-Burhanın fövqəladə vəziyyət elan etməsindən və hakim şuranı buraxmasından iki gün sonra, 2021-ci il oktyabrın 27-də Aİ Sudanın üzvlüyünü dayandırıb.
Töhfə Səməd
tag: Sudan ,Afrika İttifaqını ,Sudan XİN,Əli Yusif Əhməd,todaypress.az,