Sudanda BMT-nin helikopteri atəşə tutuldu, 28 hərbçi həlak oldu
Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri
Sudanın cənubunda atəşə tutulub.
TodayPress xəbər verir ki, bu barədə ölkənin
informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet
bildirib.
Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə
etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla
ən azı 28 hərbçi həlak olub.
“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən
edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə
informasiya var”.
tag: BMT, Sudan, Helikopter, Rabitə, Ölüm, General, todaypress.az,