Süni intellekt alimləri müəmmalı şəkildə ölür

Dünya

15.04.2025 19:10

14

Süni intellekt üzərində işləyən alimlərinin ardıcıl ölümü texnoloji sektor üzərində təzyiq ehtimalını gündəmə gətirir.

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.

Məlumata görə, Çində süni intellekt, tibb və hərbi texnologiyalar sahəsində çalışan bir neçə nüfuzlu tədqiqatçı son illərdə vəfat edib. Rəsmi səbəblər kimi xəstəlik və ya bədbəxt hadisələr göstərilsə də, jurnalistlər bu halların ardıcıl baş verməsinin narahatlıq doğurduğunu yazırlar.

İctimaiyyətdə bu ölümlərin arxasında texnologiya sahəsinə yönəlmiş daxili təzyiqlər və ya Çin–ABŞ qarşıdurmasının təsiri ola biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.

Vəfat edənlər arasında süni intellekt sahəsində tanınmış mütəxəssis, Pekin şirkəti “Megvii Technology”nin baş elmi əməkdaşı Sun Tszyan da var. O, 2022-ci ildə 45 yaşında dünyasını dəyişib.

2023-cü ildə isə süni intellekt əsaslı hərbi strategiyalar üzərində işləyən 38 yaşlı polkovnik Fen Yanxe “vacib tapşırıq zamanı” həyatını itirib.

Qeyd olunur ki, ABŞ-nin süni intellekt sahəsində nəzarətsiz inkişafı Çində narahatlıq doğurur. Çin səfiri Çjan Xanxuey bildirmişdi ki, ABŞ-də bu sahə kapital maraqları ilə idarə olunur və nəticədə təhlükəli halların qarşısı alınmır. Məsələn, 2024-cü ildən etibarən chatbotların həyat üçün təhlükəli tövsiyələr verməsi halları artıb.

Xatırladaq ki, ABŞ son aylarda Çində süni intellektin inkişafını məhdudlaşdırmaq üçün yeni tədbirlər qəbul edib.

Qiymət Mahir

tag: Süni intellekt,Alim,Ölüm,Texnologiya,todaypress.az,