Süni intellektlə hazırlanmış eksperimental buraxılış nəşr edildi

Dünya

19.03.2025 19:30

1222

İtaliyanın “Il Foglio” qəzeti süni intellekt tərəfindən tamamilə yazılmış eksperimental buraxılış çap edib. 

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“Il Foglio AI” adlanan bu buraxılış, dünyada tamamilə süni intellekt tərəfindən hazırlanmış ilk qəzet olub. 

Qəzetin baş redaktoru Klaudio Çeraza bildirib ki, bu eksperimentin məqsədi süni intellekt texnologiyalarının müasir jurnalistikaya təsirini nümayiş etdirməkdir. Onun sözlərinə görə, jurnalistlər yalnız neyrontor şəbəkəsinə suallar verib cavabları yoxlayıblar, məqalələri isə tamamilə süni intellekt yazıb.

Dörd səhifəlik xüsusi buraxılış həm çap, həm də onlayn versiyada yayımlanıb. Burada ənənəvi jurnalistikaya xas olan şəxsi fikirlər, dərin analitik yanaşmalar və canlı müsahibələr yoxdur.

Məqalələr aydın və qrammatik cəhətdən düzgün olsa da, insan sitatları daxil edilməyib. “Il Foglio AI” buraxılışında “İtalyan Tramp tərəfdarlarının paradoksu” haqqında məqalə, Rusiya prezidenti Vladimir Putinin yerinə yetirilməmiş siyasi vədləri barədə köşə yazısı, həmçinin İtaliya iqtisadiyyatında aparılan islahatlar, gəlir vergisində dəyişikliklər və 750 min işçi üçün maaş artımı haqqında analiz yer alıb.

Qeyd edək ki, bundan əvvəl süni intellekt alimlərin 10 ilə həll edə bilmədiyi problemi cəmi iki günə həll etmişdi.

Qiymət Mahir

tag: Süni,İntellekt,Eksperimental,Buraxılış,Todaypress.az,