Suriya ilk dəfə Brüssel konfransında iştirak edəcək

Dünya

12.03.2025 17:08

2064

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Belçikaya rəsmi səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Səfərin məqsədi ölkəyə yardım göstərən dövlətlərin beynəlxalq konfransında iştirak etməkdir. 

Konfransda Suriyaya beynəlxalq dəstək, onun iqtisadiyyatının bərpası və ölkədə yeni siyasi sistemin formalaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir. 

Konfrans 9-cu dəfə keçiriləcək, lakin Suriya hakimiyyəti ilk dəfədir ki, orada təmsil olunacaq.

Keçmiş Suriya prezidenti Bəşər Əsədin dövründə rəsmi Dəməşqin tədbirdə iştirakına icazə verilməyib və donor ölkələrin topladığı vəsait hökumətdən yan keçməklə müxtəlif təşkilatlara ötürülüb. 

Qeyd edək ki, görüş martın 17-də Brüsseldə baş tutacaq. 

Türkan İsgəndərli

tag: Suriya,Brüssel,Konfrans,İştirak,Todaypress.az,