Suriya lideri Türkiyəyə səfər edəcək
Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlanıb.
Qeyd edək ki, BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq.
O, bundan öncə fevralda Səudiyyə Ərəbistanına səfər etmişdi.
tag: Suriya,Əhməd əş-Şaraa,Türkiyə,Səfər,Todaypress.az,