Suriya Moskvadakı səfirini dəyişdirəcək

Dünya

08.04.2025 23:50

17

Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirini dəyişdirmək qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə Suriya XİN-in mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Hakiya istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, departament Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsi barədə qərar qəbul edib.

Əl-Haki bildirib ki, Moskvadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə bir neçə namizəd var.

tag: Suriya, Moskva, Səfir, XİN, Ər-Riyad, todaypress.az,