Suriya ordusu ilə Əsədə tərəfdarları arasında qarşıdurma: 70-dən çox ölü
Suriyada hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə sadiq silahlılar arasında baş verən şiddətli toqquşmalarda 70-dən çox insan həlak olub, onlarla yaralı və əsir var.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) “X” platformasında məlumat yayıb.
Bildirilib ki, Suriya sahillərində Müdafiə və Daxili İşlər nazirliklərinə bağlı qüvvələrlə keçmiş rejimə sadiq silahlılar arasında qanlı döyüşlər və pusqular baş verib.
tag: Suriya,əsəd,Atışma,Məlumat,Todaypress.az,