Suriya Prezidenti Fransaya rəsmi səfərə dəvət edildi

Dünya

06.02.2025 13:34

1545

Suriya Prezidenti Əhməd əş-Şaraa Fransanın dövlət başçısı Emmanuel Makrondan rəsmi səfər üçün dəvət alıb.

TodayPress xəbər verir ki, bu barədə Suriya Prezidentinin administrasiyasından Makronla telefon danışığından sonra açıqlama verilib.

 “Əhməd əş-Şaraa yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb” açıqlamada deyilir.

Makron Əhməd əş-Şaraanı Prezidentliyə gəlməsi münasibətilə təbrik edib və Suriyanın keçid dövrünə tam dəstək verdiyini bildirib.

“Prezidentlər Suriya təhlükəsizliyinin məsələlərini və ölkənin sabitliyini qorumaq üçün birgə işin vacibliyini müzakirə ediblər” bəyanatda qeyd edilib.

Qiymət Mahir

tag: Əhməd əş-Şaraa,Suriya,Fransa,Makron,Todaypress.az,