Suriya Prezidenti kürdlərlə razılığa gəldi
Suriya hökuməti ilə ölkənin şimal-şərqinə nəzarət edən YPG
terror qruplaşması arasında razılıq sənədi imzalanıb.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası
məlumat yayıb.
Sənəd
səkkiz maddədən ibarətdir.
Bildirilir
ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların dövlət
qurumlarında təmsil olunmaq və səlahiyyətləri əsasında siyasi proseslərdə
iştirak etmək hüquqlarının təmin edilməlidir.
Həmçinin
qeyd olunub ki, kürd icması Suriya dövlətində vacib bir cəmiyyətdir və Suriya
dövləti kürd icmasının vətəndaşlıq hüquqlarını və bütün konstitusiya
hüquqlarını təmin edir. Razılığa görə, bütün Suriya ərazisində atəşkəs təmin
olunmalıdır. Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların sərhəd
qapıları, hava limanları, neft və qaz yataqları daxil olmaqla, Suriya
dövlətinin idarəçiliyinə inteqrasiya olunmalıdır.
Eyni
zamanda, qaçqın suriyalıların kənd və qəsəbələrinə qayıtmaları təmin edilməsi,
Suriya dövləti onların təhlüksizliyini təmin etməlidir. Keçmiş prezident Bəşər
Əsəd rejiminin qalıqları və ölkənin birliyini təhdid edən bütün təhlükələrlə
mübarizədə Suriya dövlətinə dəstək verilməlidir.
Sənədi
imzalayan tərəflər – YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti
əş-Şaraa cəmiyyətin bütün təbəqələri arasında parçalanma, nifrət nitqini rədd
ediblər. İcra komitələri bu müqavilənin həyata keçirilməsi üçün cari ilin
sonunadək çalışacaqlar.
tag: Suriya, Prezident, Terror, YPG, Sənəd, Dini, todaypress.az,