Suriya Prezidenti Küveytə səfər edəcək

Dünya

10.02.2025 10:40

1820

Suriyanın prezidenti Əhməd əş-Şara Küveytə səfər etməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Al-Qabas” qəzeti məlumat yayıb.

Küveyt əş-Şaranın yeni Suriya administrasiyasının başçısı kimi ziyarət edəcəyi Körfəz ölkələrindən ikincisi olacaq. 

O, ilk xarici səfərini fevralın 2-də Səudiyyə Ərəbistanına edib.  Həmçinin, Suriya prezidenti fevralın 4-də Türkiyəyə də səfər edib. 

Əş-Şara ilk xarici səfərləri zamanı Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. 

Nicat Osman

tag: Suriya,Lider,Səfər,Küveyt,Ərdoğan,Əhməd əş-Şara,Todaypress.az,