Suriya yeni təhlükəsizlik planı hazırladı

Dünya

10.03.2025 16:03

2215

"Suriya hakimiyyəti növbəti hücumların qarşısını almaq üçün plan hazırlayıb". 

TodayPress xəbər verir ki, bu barədə yeni hakimiyyətin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani bildirib. 

Onun sözlərinə görə, gələcək mərhələdə təhlükəsizlik xidmətləri vətəndaşların sabitliyini və rifahını təmin etmək, ölkədə təhlükəsizliyi qorumaq üçün işlərini gücləndirmək üçün tədbirlər görəcək.

Bildirilib ki, Suriya keçmiş rejimin qalan tərəfdarlarına qarşı mübarizəni başa çatdırmaq niyyətindədir. 

Planın əsas məqsədi gələcəkdə hər hansı hadisələrin təhlükəsini aradan qaldırmaq və Suriya kriminal şəbəkələrinin yenidən təşkilinin qarşısını almaqdır. 

Türkan İsgəndərli

tag: Suriya,Təhlükəsizlik,Plan,Toqquşma,Əsəd,Todaypress.az,