Suriyada avtomobil partladı, xəsarət alanlar var

Dünya

24.01.2025 00:05

1844

Suriyanın şimalında, Hələb əyalətinin Mənbic şəhərində partlayış baş verib.

TodayPress-in xəbərinə görə, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, minalanmış avtomobil Mənbicdən Hələb şəhərinə (eyni adlı əyalətin inzibati mərkəzi) gedən yolda partladılıb.

Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları açıqlanmır.

tag: Hələb, Suriya, Avtomobil, Partlayış, Mənbic, todaypress.az,