Suriyada Əsəd tərəfdarlarına qarşı əməliyyatlar başa çatdı
Suriyanın Müdafiə Nazirliyi martın 10-da devrilmiş keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına qarşı hərbi əməliyyatın başa çatdığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani “X” hesabında yazıb.
O, dövlət qurumlarının artıq işlərini davam etdirə və əsas xidmətləri göstərə biləcəyini vurğulayıb. “Həyatın normala dönməsi, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üçün yol açırıq”.
Həsən Əbdül Qani əlavə edib ki, keçmiş hökumətin qalıqları ilə mübarizəni davam etdirmək və gələcək təhlükələri aradan qaldırmaq üçün planlar artıq hazırdır.
Qiymət Mahir
tag: Suriya,Bəşər Əsəd,Rejim,Müdafiə,Todaypress.az,