Suriyada növbəti çevrilişə cəhd
Suriya təhlükəsizlik xidmətləri Müdafiə Nazirliyi ilə birlikdə dövlət çevrilişinə cəhdin qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sui-qəsdçilər “devrilmiş rejimin” tərəfdarlarına arxalanaraq hazırkı hökuməti devirməyi planlaşdırıblar.
Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.
Xatırladaq ki, daha əvvəl Dəməşqin kənarında ölkənin yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən atəşə tutulub.
Qeyd edək ki, Bəşər Əsəd hazırda Rusiyaya sığınıb.
Türkan İsgəndərli
tag: Suriya,Çevriliş,Cəhd,Həbs,Todaypress.az,