Suriyada qanunsuz fəaliyyətə qarşı əməliyyat keçirildi
Suriyanın Latakiya əyalətinin bir neçə məhəlləsində qeyri-qanuni fəaliyyətin qarşısını almaq məqsədilə əməliyyat keçirilib.
TodayPress xəbər verir ki, bu barədə "SANA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat təhlükəsizliyi və sabitliyi gücləndirmək, cinayətin qarşısını almaq və qanunsuz fəaliyyətdə iştirak edənlərin məsuliyyətə cəlb edilməsi, habelə əhalidən silahların toplanması məqsədi ilə həyata keçirilib.
Bundan əvvəl bu cür əməliyyatlarda 1500-dən çox insanın həlak olduğu bildirilib.
Martın 24-də Latakiya və İdlib əyalətləri arasındakı sərhəddəki dağlıq ərazilərdə Əsəd tərəfdarı olan 15 silahlı saxlanılıb.
Aynur TAC
tag: Suriya, Latakiya, Qeyri-Qanuni, Əsəd, İdlib, todaypress.az,