Suriyada qüvvələr arası toqquşmalar davam edir, saxlananlar var - YENİLƏNDİ

Dünya

09.03.2025 16:15

1145

Latakiya vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Al-İxbariya” telekanalı məlumat yayıb.

Suriya hakimiyyəti bölgədə təhlükəsizliyi qorumaq və sabitliyi artırmaq üçün Tartus əyalətində yerləşən Əl-Qədmous şəhərinə əlavə qüvvələr göndərib.

"SANA" agentliyi xəbər verir ki, ölkənin cənub və cənub-qərbində yerləşən Dəra və Əs-Suveyda əyalətlərində mobil telefon və internet xidmətləri dayandırılıb. Məlumata görə, təxribat nəticəsində Dəra və Dəməşq arasındakı kabellər kəsilib.

Töhfə Səməd


xxx


10:00


Suriyada sabitliyin pozulmasına görə, məsuliyyət Livanın "Hizbullah" təşkilatının üzərinə düşür.

TodayPress xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalına Suriyanın Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əl-Dik deyib.

"Hizbullah" və xarici ölkələr Suriya sahillərinin bir neçə bölgəsində Əsədi dəstəkləyən bəzi partiyalara və qüvvələrin qalıqlarına dəstək verib" deyə o bildirib.

O əlavə edib ki, təhlükəsizlik qüvvələri bölgədə əvvəlki rejim dövründə yüksək vəzifə tutan beş nəfəri saxlayıb. Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndəsinin sözlərinə görə, hazırda vəziyyət 90 faiz nəzarət altındadır.

tag: Suriya,Hizbullah,Latakiya ,Livan,todaypress.az,