Suriyada toqquşma: Ölənlər var

Dünya

08.03.2025 14:43

1214

Suriyada son günlər davam edən döyüşlər nəticəsində, xüsusilə ələvilərin yaşadığı Latakiya bölgəsində 250-dən çox insan həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.   

Ölənlərin 162-si mülki şəxsdir. 

Şahidlərin sözlərinə görə, ələvi əhalisi arasında hazırda ciddi qorxu var və onlar təhlükəsizlikləri ilə bağlı narahatdırlar. 

Bundan əlavə, Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) isə ən azı 225 nəfərin öldüyünü açıqlayıb. 

Məlumata görə, bu, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra qeydə alınan ən şiddətli toqquşmalardan biri hesab olunur. 

Döyüşlərin intensiv olduğu Homs, Latakiya və Tartus bölgələrində komendant saatı tətbiq edilib. 

Türkan İsgəndərli

tag: Suriya,Toqquşma,Ölüm,Mülki,Todaypress.az,