Suriyalılar qarşıdurmaya görə Livana sığınır

Dünya

14.03.2025 13:13

991

Suriyada baş verən toqquşmalar nəticəsində suriyalılar Livana qaçmağa məcbur olub.   

TodayPress xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.   

Livan hakimiyyətinin məlumatına görə, təkcə Livanın şimalındakı "Masoudieh" kəndi ərazisində 500 ailə sığınacaq tapıb.   

Bölgədə vəziyyətin gərgin olaraq qaldığı və Livana qaçqın axını artmaqda davam etdiyi bildirilir. 

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb.     

Türkan İsgəndərli

tag: Suriya,Livan,Savaş,Qaçqın,Todaypress.az,