Suriyanın adı dəyişdirildi

Dünya

13.03.2025 19:22

1000

Suriya konstitusiya layihəsinin elan edilməsi üzrə komissiya dövlətin əvvəlki adının - Suriya Ərəb Respublikasının saxlanmasına qərar verib.   

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb. 

"Biz dövlətin əvvəlki adı ilə qərarlaşdıq - Suriya Ərəb Respublikası. Prezidentin dini İslamdır və İslam hüquqşünaslığı qanunvericiliyin əsasıdır" deyə komissiya bildirib. 

Qeyd edək ki, Suriyada silahlı münaqişə başlayandan bəri bəzi müxalif qüvvələr dövlətin adının dəyişdirilməsini - başlıqdan “ərəb” sözünün çıxarılmasını təklif ediblər. 

Töhfə Səməd

tag: Suriya,Respublika,Ad,Dəyişmə,Todaypress.az,