SVR: Britaniyana təxribatlara əl ata bilər

Dünya

26.04.2025 13:57

12

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bəyan edib ki, Böyük Britaniya Rusiya Federasiyasına qarşı təxribatlara əl ata bilər.   

TodayPress xəbər verir ki, bu barədə “TASS” yazıb. 

“İngiltərə bunda maraqlı olarsa, Böyük Britaniya istənilən dövlətin ərazisində təxribat törədə bilər”. 

Onun sözlərinə görə, Moskva Britaniya kəşfiyyat xidmətlərinin Rusiya Federasiyasına münasibətdə kifayət qədər sərt xətt yürütdüyünü görür.

tag: SVR,Rusiya,Britaniya,Təxribat,Todaypress.az,