Tacikistanda 3 yaşlı uşaq həlak oldu, onlarla ev zərər gördü

Dünya

13.04.2025 17:00

17

Tacikistanın Raşt rayonunda baş vermiş güclü zəlzələ nəticəsində bir uşaq həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Krizis İdarəetmə Mərkəzi yayıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində bir kənddə yaşayış evinin divarı uçub və dağıntılar altında qalan 3 yaşlı uşaq həyatını itirib.

Qurumun açıqlamasında bildirilib ki, Raşt rayonunun bir neçə kəndində ümumilikdə 17 yaşayış evi və bir məktəb zəlzələdən zərər görüb.

Qiymət Mahir

tag: Tacikistan,Zəlzələ,Hadisə,Fəlakət,todaypress.az,