Tacikistanda zəlzələ nəticəsində 17 yaşayış evi dağıldı
Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.
TodayPress xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.
Yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.
tag: Tacikistan,Zəlzələ,Hadisə,Fəlakət,todaypress.az,