Tailand ABŞ-yə rüsumlar barədə irad tutdu

Dünya

06.04.2025 10:10

16

Tailandın Baş nazirinin müavini və maliyyə naziri Phichai Chunhawachira ABŞ-yə gedəcək.

TodayPress xəbər verir ki, bu barədə Tailandın Baş naziri Fetonqtan Çinavatra bildirib.

Onun sözlərinə görə, Chunhawachira ABŞ rəsmiləri ilə 36% ABŞ tariflərinin tətbiqini müzakirə edəcək.

"Bir çox ölkələr eyni vəziyyətdədir. Tailand kimi onlar da bunun öhdəsindən gəlmək üçün tədbirlər hazırlayırlar. Bu tədbir bizim ixracımıza, xüsusilə elektronika, emal olunmuş qida və kənd təsərrüfatı məhsullarına əhəmiyyətli təsir göstərdi" Baş nazir deyib.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp ABŞ idxal olunan mallara minimum 10% tarif dərəcəsi təyin edib. 

Türkan İsgəndərli

tag: Tailand,ABŞ,Tarif,Donald Tramp,todaypress.az,