Tailand fövqəladə vəziyyət rejimini ləğv etdi

Dünya

01.04.2025 17:47

2258

Tailand zəlzələdən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Tailandın müxtəlif yerlərində və Banqkokda vəziyyət normallaşıb. 

Qeyd edək ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib.

Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub.

Nəticədə bir sıra binalara ziyan dəyib, minlərlə sayda insan xəstəxanaya yerləşdirilib.   

Türkan İsgəndərli

tag: Tailand,Yeraltı təkan,Zəlzələ,Təbii Fəlakət,Todaypress.az,