Tailand turistlərin vizasız qalma müddətini azaltmaq istəyir
Tailand qeyri-qanuni məşğulluqla mübarizə məqsədilə turistlərin vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Tailandın Turizm və İdman Nazirliyi uzun müddət vizasız rejimdən istifadə edən gizli biznesin imkanlarını məhdudlaşdırmağı planlaşdırır.
Aidiyyəti qurumlar tədbirin tətbiqi zərurəti ilə bağlı fundamental razılığa gəliblər.
Turizm naziri Soravonq Tenhonqun sözlərinə görə, krallığın Xarici İşlər Nazirliyi problemi etiraf edib.
O, Tailand rəsmilərinin qərarlarını rəsmi açıqlamadan əvvəl məsələ ilə bağlı əlavə təfərrüatları müzakirə etməyə davam edəcəklərini söyləyib.
Turizm sənayesi nümayəndələrinin sözlərinə görə, uzun məsafəli turistlər Tailandda orta hesabla 14-21 gün qalır, qonşu ölkələrdən gələnlər isə ölkədə təxminən bir həftə qalır.
Tailand Səyahət Agentlikləri Assosiasiyası da öz növbəsində ölkədə bizneslə məşğul olan və ya qeyri-leqal işləyən xarici vətəndaşların sayının artmasına diqqət çəkib.
Aysel Mətləb
tag: Tayland,Turist,Viza,Müddət,Todaypress.az,