Tailand viza müddətini azaldacaq
Tailand hökuməti əcnəbilər üçün vizasız rejimin müddətini 60 gündən 30 günə endirmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə krallığın İctimaiyyətlə Əlaqələr üzrə Dövlət Departamenti məlumat yayıb.
Baş nazir Phetongthan Shinawatra bu qərarı bəzi turistlərin vizasız müddəti aşaraq qanunu pozması ilə izah edib. Hazırda məsul qurumlar sistemin effektivliyini araşdırır.
Qeyd edək ki, 93 ölkənin vətəndaşları Taylanda 60 gün vizasız daxil ola bilirlər.
Türkan İsgəndərli
tag: Viza,Turist,Pasprt,Tailand,todaypress.az,