Tailandda meymunlara çips verən turist cərimələnəcək

Dünya

05.05.2025 20:10

16

Tailandın Krabi əyalətində yerləşən Pxi-Pxi adasında milli park ərazisində meymunları qidalandıran xarici turistə qarşı tədbir görüləcək.

TodayPress “Thaiger” nəşrinə istinadla xəbər verir ki, insident milli parkda qeyri-qanuni sayılan heyvanlara yem vermə halı zamanı baş verib. 

Hadisəni yerli bələdçi-frilanser Pokponq “Patrik” Suvannasit lentə alaraq sosial şəbəkələrdə yayıb.

Görüntülərdə turistin suyun içində dayanaraq çips paketi ilə meymunları qidalandırdığı, digər turistlərin isə onu təşviq edərək şəkil çəkdirdiyi əks olunub.

Patrik dərhal bu hərəkətin dayandırılmasını tələb etsə də, turist xəbərdarlıqlara məhəl qoymayıb. Milli parkın əməkdaşları həmin şəxsi müəyyənləşdirmək üçün axtarış aparır. 

Qanunu pozan şəxsə 1000 batadək cərimə tətbiq oluna bilər.

Rəsmilər qeyd edir ki, bu cür davranış meymunların insanlara alışmasına və yaşayış məntəqələrinə daxil olaraq yemək axtarmasına səbəb olur ki, bu da təhlükəli nəticələrə yol aça bilər.

Qiymət Mahir

tag: Tailand,Turist,Meymun,Cips,Cərimə,todaypress.az,