Taliban Tatarıstandan yardım istədi

Dünya

24.01.2025 09:15

1421

Əfqanıstanın Taliban hərəkatının nümayəndələri Kazan İqtisadi Forumu çərçivəsində Tatarıstan hakimiyyətindən Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər. 

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi bildirib.   

"Biz yaxşı yerdə və qabaqcıl iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istərdik” deyə o qeyd edib. 

Əzizi həmçinin əlavə edib ki, Kabil Kazan Forumunun tərəfdaşı olmağa və orada ən yüksək səviyyədə iştirak etməyə hazırdır.   

Günəş Mərd

tag: Taliban,Əfqanıstan,Məhsul,Yardım,Todaypress.az,