Tariflər Şri-Lanka üçün milli fəlakətə çevrildi
ABŞ prezidenti Donald Trampın Şri-Lanka ixracına tətbiq etdiyi 34%-lik gömrük rüsumu ölkə üçün milli fəlakət kimi qiymətləndirilir.
TodayPress xəbər verir ki, bu barədə Şri-Lanka prezidenti Kumara Dissanayake bəyanatla çıxış edib.
O, tariflərin ada dövlətinin iqtisadiyyatına vurduğu zərərin pandemiya və sunami faciəsi ilə müqayisə oluna biləcəyini bildirib.
“Yeni rüsumlar bizim üçün gözlənilməz oldu. Buna hazır deyildik. Onların təsiri milli fəlakət səviyyəsindədir” deyə o deyib.
Prezident Dissanayake bildirib ki, ABŞ tariflərinin nəticələri ilə mübarizə üçün Şri-Lankadakı bütün siyasi qüvvələr birləşməlidir.
Hökumət bu istiqamətdə müxalifətin dəstəyinə ümid edir.
Görüş iştirakçıları prezidentə ABŞ mallarına tətbiq edilən rüsumların ləğvini və Vaşinqtonla sərbəst ticarət sazişi çərçivəsində tarif güzəştlərindən istifadə etməklə ABŞ investisiyalarının artırılmasını müzakirə etməyi tövsiyə ediblər.
Qeyd edək ki, ABŞ Şri-Lankanın əsas ticarət tərəfdaşlarından biridir.
Ölkənin illik ixracının 3 milyard dolları ABŞ bazarına yönəlir və bu ixracın böyük hissəsini tikiş məhsulları təşkil edir.
Qiymət Mahir
tag: ABŞ,Şri-Lanka,Tarif,Milli Fəlakət,Todaypress.az,