Tarixçi: “Leopard 2” Almaniya üçün “simvolik alçaldılmaya” çevrildi”

Dünya

15.04.2025 17:06

15

“Alman texnikası yenə də döyüş şəraitinə uyğun olmadığını göstərdi”.

TodayPress xəbər verir ki, bu barədə britaniyalı tarixçi Naycel Cons “The Spectator” jurnalında dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, Almaniyanın Ukraynaya göndərdiyi “Leopard 2” tankları gözlənilən effekti verməyib və bu texnikanın uğursuzluğu Almaniya üçün “simvolik rüsvayçılıq” kimi qəbul oluna bilər.

“Bu tankların həmin ərazilərdə, yəni alman ordusunun 80 il əvvəl də uğursuzluğa düçar olduğu yerlərdə yenidən effektivlik nümayiş etdirə bilməməsi Almaniya üçün rəmzi şəkildə alçaldıcıdır” deyə tarixçi bildirib.

Cons bildirib ki, “Leopard 2” tankları döyüşdə kompleks texniki quruluşlarına görə çətin istifadə olunur, dronlara qarşı zəifdir və əslində, cəbhədə mobil artilleriya kimi işlədilir. O xatırladır ki, Alman zirehli texnikası tarixən artıq çəki, texnoloji həddən artıq yüklənmə və etibarsızlıq kimi problemlərdən əziyyət çəkib.

Daha əvvəl də xəbər verilmişdi ki, Ukrayna cəbhəsində “Leopard 2” tanklarından gözlənilən hərbi üstünlük reallaşmayıb və bu texnikalar effektivlik baxımından sual doğurur.

Qiymət Mahir

tag: Almaniya,Ukrayna,Leopard,Tank,todaypress.az,