Tatarıstan səmasında PUA vuruldu
Fevralın 19-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Tatarıstan Respublikası səmasında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatını (PUA) vurub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mümkün nəticələr barədə məlumat verilmir.
Hərbçilər həmçinin Bryansk vilayəti üzərində üç, Qara dəniz üzərində dörd, Tula vilayətində isə bir PUA məhv ediblər.
Töhfə Səməd
tag: Hava hücumu,Müdafiə qüvvələri,Tatarıstan ,Ukrayna ,PUA,todaypress.az,