Tayland Birjası satışı dayandırdı
Tayland Birjası (SET) və fyuçers birjası "TFEX" martın 28-də Myanmada baş vermiş güclü zəlzələ fonunda ticarəti dayandırıb.
TodayPress xəbər verir ki, müvafiq bəyanat platformanın saytında dərc olunub.
Xatırladaq ki, SET-də 800-dən çox şirkətin səhmləri var. Bununla da o, Taylandın ən böyük birjasıdır.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmoloji hadisənin maqnitudası 7,7, çinli mütəxəssislərə görə isə 7,9 bal təşkil edib.
Episentri 10 kilometr dərinlikdə olan təbii fəlakət yerli vaxtla saat 14:20-də başlayıb.
Yeraltı təkanlar bir milyondan çox əhalisi olan Mandalay şəhərindən 33 kilometr cənub-qərbdə baş verib.
Zəlzələ nəticəsində bir çox binaya müxtəlif dərəcədə ziyan dəyib, həmçinin Myanmada bir körpü uçub.
Töhfə Səməd
tag: Tayland,Zəlzələ,Birja,Fəaliyyət,Todaypress.az,