Taylandda festival zamanı kütləvi dava baş verdi

Dünya

19.03.2025 20:15

2364

Taylandın Pattaya şəhərində keçirilən Holi rəng festivalında bir qrup xarici turist kütləvi dava salıb. 

TodayPress xəbər verir ki, bu barədə "Pattaya Mail" məlumat yayıb.

Bildirilib ki, atışma hind əsilli şəxslər arasında baş verib. İki turist qrupunun davaya başlaması ziyarətçilərin panikasına səbəb olub.

Festivalın mühafizəsi dərhal müdaxilə edib və Pattaya polisi iki sərxoş Myanma vətəndaşını saxlayıb, polis bölməsinə aparıb. Onlar asayişi pozmaqda ittiham olunub, 5 min baha (252 manat 50 qəpik) qədər cərimə olunacaqlar.

Töhfə Səməd

tag: Tayland,Rəng festivalı,Atışma,Cərimə,todaypress.az,