Taylandda növbəti zəlzələ gözlənilir, ölənlərin sayı artdı - YENİLƏNDİ

Dünya

28.03.2025 18:45

1347

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

TodayPress xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.  

Bildirilib ki, 700-dən çox insan yaralanıb. 

Töhfə Səməd


***


14:39



Myanmada fövqəladə hallar xidməti güclü zəlzələdən sonra yaxın saatlarda təkrar təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Yanqondakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, baş verən zəlzələ nəticəsində Myanmada ən azı 25, Taylandda isə 1 nəfər ölüb, 43 nəfər itkin düşüb.

ABŞ Geoloji Xidmətinin verdiyi məlumata görə, ilk təkandan 12 dəqiqə sonra 6,4 bal gücündə zəlzələ baş verib.

Ekspertlər növbəti saatlarda ölənlərin sayının artacağı ehtimalını istisna etməyiblər. 

Töhfə Səməd

tag: Tayland,Myanma,Zəlzələ,Təbii Fəlakət,Todaypress.az,