Tayvan ABŞ tariflərindən azad edilə bilər

Dünya

08.04.2025 18:04

15

ABŞ Tayvanın Ağ Ev lideri Donald Trampın tətbiq etdiyi 32%-lik idxal rüsumlarından azad edilməsini istəyib.   

TodayPress "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Amerika Ticarət Palatası məlumat yayıb. 

Bildirilib ki, təşkilat bu tariflərin iki ölkə arasında ticarət münasibətlərinə mənfi təsir göstərə biləcəyindən narahatdır. 

Ticarət Palatasının sədri Den Silver ABŞ hakimiyyətinə azad və ədalətli ticarətin əhəmiyyətini xatırladaraq, tariflərin “mümkün olan ən aşağı səviyyəyə” endirilməsinə çağırıb. 

“Tayvandakı Amerika Ticarət Palatası bu yaxınlarda tətbiq edilən tariflərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz Konqresdə və Vaşinqtonda Tayvanın çoxsaylı tərəfdarlarını, o cümlədən Tramp və onun administrasiyasını Tayvanı bu cür ticarət tədbirlərindən azad etməyə çağırırıq" deyə bəyanatda vurğulanıb. 

Nümayəndələr Palatası isə həmçinin xatırladıb ki, Tayvan uzun illərdir ABŞ ilə ticarət balanssızlığını aradan qaldırmaq üçün çalışır. 

Eyni zamanda, Çin də Tramp administrasiyasının Çinə qarşı əlavə 50%-lik gömrük rüsumları tətbiq etmək hədələrinə kəskin reaksiya verib.

Çin rəsmiləri bu addımı “birtərəfli hədə-qorxu” kimi qiymətləndirərək, ölkənin hüquq və maraqlarını qorumaq üçün əks tədbirlərə hazır olduqlarını bildiriblər. 

Aysel Mətləb

tag: ABŞ,Tayvan,Tariflər,Tramp,Todaypress.az,