Tayvan sahillərinə raket yerləşdiriləcək
Yaponiya Tayvan sahillərindən 150 kilometr uzaqlıqda, Yonaquni adasında “Chu SAM” kimi bilinən “Type 03” raket sistemlərini yerləşdirəcək.
TodayPress xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) məlumat yayıb.
"Yonaguni Tayvanın hökumət kürsüsü olan Taype ərazisinə nəzərəçarpacaq dərəcədə yaxındır.
Adadakı bir çox şəhərdən cəmi 150 kilometr uzaqlıqda olan bu bölgənin əhəmiyyətli strateji dəyəri var” məqalədə qeyd olunur.
Tokionun adanın hərbiləşdirilməsinə dair tədbirinin ABŞ-nin bölgədəki hərbi varlığının gücləndirilməsinin bir hissəsi və Tayvan məsələsində yeni təzyiq alətinə çevriləcəyi vurğulanır.
Eyni zamanda, qeyd olunub ki, bu tip silahlar məhdud imkanlara malikdir. Çünki onların Çinin yeni “YJ-21” ballistik raketlərini ələ keçirə bilməsi ehtimalı azdır.
Töhfə Səməd
tag: Tayvan,Silah,ABŞ,Hərbi,Todaypress.az,