Tayvana Çindən ciddi xəbərdarlıq
“Çinin Tayvan boğazında keçirdiyi hərbi təlimlər xarici ölkələrin "Tayvanın müstəqilliyinə" göz yummasına və dəstəkləməsinə qəti cavabdır və Tayvanın separatçı qüvvələrinə ciddi xəbərdarlıqdır”.
TodayPress xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.
O, Çinin hərbi hərəkətlərinin milli suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünü qorumaq üçün zəruri, qanuni və əsaslandırılmış tədbirlər olduğunu bildirib.
Qeyd edək ki, Çin ordusu fevralın 17-də Tayvan boğazında hərbi təlimlər keçirib. ABŞ Dövlət Departamentinin saytında verilən məlumata görə, təlimlərin Tayvan siyasətində son dəyişikliklər və “Tayvanın müstəqilliyi” qüvvələrinin hərəkətləri ilə əlaqəli olduğu güman edilir.
Mao Tayvan məsələsinin Çinin əsas maraqlarının əsasını təşkil etdiyini və Çin-ABŞ münasibətlərinin əsas təməlinin tək Çin prinsipi olduğunu bir daha vurğulayıb.
“Tayvan məsələsinə yanlış yanaşmaq Çin-ABŞ münasibətlərinin təməllərini sarsıdacaq” deyə o bildirib.
Aysel Mətləb
tag: Tayvan,Çin,ABŞ,Xəbərdarlıq,Todaypress.az,